Noyabrın 25-də Azərbaycan polisi ölkə ərazisində ötən sutka ərzində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin üstünü açıb.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Axtarışda olan 79 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 20, qanunsuz saxlanılan silah və sursatın aşkarlanaraq götürülməsi ilə bağlı 15 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk etdikləri üçün itkin düşmüş şəxs kimi axtarışa verilən 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, dələduzluqda şübhəli bilinərək axtarışda olan 11 nəfər saxlanılıb və istintaq orqanlarına təhvil verilib.
Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında keçirilən əməliyyat tədbirləri zamanı 3 avtomat, 2 tapança, 30 tüfəng, 17 patron darağı və müxtəlif çaplı 580 patron aşkarlanaraq götürülüb.
DİN-dən bildirilib ki, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

