Məşhurlara qarşı narkotik və fahişəliklə bağlı aparılan istintaq çərçivəsində saxlanılan, daha sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan aktrisa Deniz Çakırın ifadəsi üzə çıxıb.
Denmedia.az xəbər verir ki, aktrisa narkotik vasitələrdən istifadə etmədiyini, yalnız həkim resepti əsasında dərman qəbul etdiyini bildirib.
Bir dövrə damğasını vuran “Yaprak Dökümü” serialında canlandırdığı Ferhundə obrazı ilə tamaşaçıların yaddaşına həkk olunan Deniz Çakır istintaqa verdiyi ifadəsində mobil telefonu ilə bağlı da danışıb.
“Mobil telefonumu eSIM kartla istifadə edirəm. Buna görə də SİM kartımın şifrəsi yoxdur”, – aktrisa bildirib.
Barəsində irəli sürülən iddialara münasibət bildirən Çakır narkotik vasitələrdən istifadə etdiyini təkzib edib.
“Həkim resepti əsasında qəbul etdiyim dərmanlar var. Bundan başqa, heç bir halda narkotik vasitədən istifadə etməmişəm. Narkotik satan heç kimi də tanımıram”, – aktrisa ifadəsində qeyd edib.

