İran parlamentinin deputatı İsrailin Suriyada İran konsulluğunu raketlə vurmasına cavab olaraq Azərbaycandakı İsrail səfirliyini vurması təklifini irəli sürüb. Uzun illər İsrailin Azərbaycanda səfirliyi İranın terror təhdidi ilə üzləşib.
Mövzunu "Den.az"a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran deputatı müstəqil şəkildə bu fikiri irəli sürə bilməz:
"İranlı deputat Tehran rejiminin mesajını irəli sürür. Bununla İran Azərbaycanı hədəfə gətirir. Göründüyü kimi, Tehran rejimi Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəni davam etdirir. İranla İsrail Yaxın Şərqdə vəkalət müharibəsi aparır. Suriyada hər iki ölkə arasında toqquşma platsarmıdı. Azərbaycan İrana qarşı koalisiyada yer almayıb və belə bir planı da olmayıb. Azərbaycan Tehrana mesaj verməlidir ki, Yaxın Şərqdə İsraillə apardığı vəkalət müharibəsində yanlış ünvan seçir".
Politoloqun sözlərinə görə, Azərbaycan nə İsraili, nə də İranı bu münaqişədə dəstəkləyir:
"Tehran rejimi Azərbaycanda xarici ölkələrin diplomatik korpuslarını öz geosiyasi ambisiyalarına görə hədəf seçə bilməz. İran ən yaxşı halda İsraillə öz haqq- hesabını döyüşdüyü regionda verməlidir. Bu İranın Azərbaycana düşmən münasibətini göstərir. Niyə Ermənistan deyil, Azərbaycan hədəfə alındı?! İran İsrail amilindən burada Azərbaycana qarşı istifadə edir. Azərbaycan heç bir ölkənin platsarmı olmasına icazə verməyəcək".
Günəş Fərəh
Den.az
"İran Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəni davam etdirir" - ŞOK DETALLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.