12 
apr
2024
19:36
328

"Putinin və Kremlin bütün planlarını onlar pozub" - ŞOK AÇIQLAMA

12 apr, 2024
19:36
328

"Putinin və Kremlin bütün planlarını onlar pozub" - ŞOK AÇIQLAMA

"Qarabağdan biz imtina etmədik, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistan idi. İrəvan bu qərarı öz təşəbbüsü ilə aldı, bizimlə məsləhətləşməmişdi". Rusiya prezidenti Vladimir Putinin bu açıqlaması birmənalı qarşılanmayıb və sözün əsl mənasında böyük rezonans doğurub. Onun bu açıqlamasını ekspertlər müxtəlif aspektlərdən şərh ediblər. Bir çox siyasi analitiklər Qarabağın işğaldan azad edilməsində Rusiyanın yox, məhz Qərbin Paşinyana təkidinin rol oynadığını bildiriblər. Bəziləri isə Putinin bu açıqlamasının sadəcə olaraq Ermənistan cəmiyyətini yumşaltmağa hesablandığını diqqətə çatdırıblar.Bəs görəsən, Putin bu fikirləri niyə sələndirib?

Mövzunu "Den.az"a şərh edən politoloq Elman Vəliyev bildirib ki, Paşinyanı, onun komandasını, eləcə də Avropa Birliyi və ABŞ-ı tənqid etməyi dayandırmalıyıq: "Putinin və Kremlin bütün planlarını onlar pozublar. Çünki Putin bu açıqlaması ilə demək istəyir ki, Rusiya Qarabağın işğaldan azad edilməsinə imkan verməzdi. Amma məhz Qərbin təkidi və təklifi ilə Paşinyan bu addımı atıb. Üstəlik, Azərbaycan son 3-4 ildə atdığı addımlarla Rusiyanın bölgədə nüfuzunu azaldıb. İrəvan və Bakı Qərbin kordinasiyası və Türkiyənin iştirakı ilə Cənubi Qafqazda Rusiyanı xeyli zəiflətdi. Halbuki, son 300 ildə bölgədə Rusiya heç vaxt bu qədər zəif olmamışdı".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar