Azərbaycan mətbəxinin əvəzolunmaz dadı sayılan dəvə qutabına müxtəlif yerlərində rast gəlmək mümkündür. Əsasən "corat qutabı" kimi tanınan təam müxtəlif qiymətlərlə alıcılara təklif edilir.
Den.az Xezerxeber.az-a istinadən xəbər verir ki, lakin onun dəvə ətindən hazırlanmadığına dair iddialar da var.
Restoranlarda dəvə qutabı adı ilə verilən qida müzakirələrə səbəb olub.
''Corat Qutabı'' kimi də tanınan bu qida həqiqətən də dəvə atindən hazırlanır?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Abşeron şöbəsindən bildirilib ki, dəvə kəsimi ilə bağlı onlarda hələki heç bir məlumat yoxdur. Ola bilsin ki, dəvələr şəxsi təsərrüfatlarda kəsilir.
Qida Təhlükəsizliyi Agentliyindən isə qeyd edildi ki, iri və xırdabuynuzlu heyvanların kəsimi baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən, baytarlıq-sanitariya ekspertizası aparılan heyvan kəsimi məntəqələrində həyata keçirilməlidir. Sahibkarlıq subyektləri kəsimi həyata keçirərkən həmin heyvana dair sağlamlıq arayışını da təqdim etməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Hər gün yüzlərlə satılan “dəvə qutabı” həqiqətən dəvə ətindən hazırlanır? - ARAŞDIRMA/ VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.