Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin Tiflisin mərkəzində yerləşən Boris Kuftin küçəsindəki evinin qarşısında atışma baş verib.
Den.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Zurabişvili Feysbuk hesabında məlumat verib.
“O səhər saat 4:20 radələrində Gudiaşvili bağının yaxınlığında və birbaşa mənim evimin qarşısında hay-küy qalxdı: təxminən 40 nəfərlik bir qrup qışqırırdı, dalaşırdı və nəhayət silah tətbiq olundu – 8 güllə, biri mənim həyətimə düşdü”, – deyə Zurabişvili yazıb və hadisə yerindən istintaq tədbirlərindən sonra çəkilmiş fotoları paylaşıb.