ABŞ-İran danışıqlarının 5-ci raundunun tarixi və yeri açıqlanıb.
“Den.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tərəflər arasında dialoqun vasitəçisi, Oman Xarici İşlər Nazirliyinin rəhbəri Bədr bin Həməd əl Busaidi məlumat verib.
Onun sözlərinə görə, ABŞ-İran danışıqlarının növbəti mərhələsi mayın 23-nə planlaşdırılıb, görüş Romada baş tutacaq.
Qeyd edək ki, nüvə danışıqlarının dördüncü raundu mayın əvvəlində Maskatda olub.