İran və İsrail Arasında Hərbi Toqquşmaların Azərbaycan Üçün Mümkün Təsirləri Ola Bilər...
İran və İsrail arasında hərbi toqquşmaların başlaması bölgədə siyasi və iqtisadi sabitliyi təsir edə biləcək ciddi bir hadisədir.
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Den.az-a regionadakı hərbi toqquşmanın Azərbaycana təsirini şərh edərkən deyib.
Bildirib ki, toqquşmaların Azərbaycan üçün bir neçə əsas təsir sahəsi mövcuddur:
- Azərbaycan İranla qonşudur və İrana qarşı hər hansı bir hərbi əməliyyat bölgədəki təhlükəsizlik vəziyyətinə təsir edə bilər. Azərbaycanın öz sərhədlərində təhlükəsizliyi qorumaq üçün əlavə tədbirlər görməsi lazım gələ bilər.
2. İran və İsrail arasında eskalasiya, enerji tədarük zəncirlərini poza bilər və nəticədə neft və qazın qiymətlərində dalğalanmalara səbəb ola bilər. Bu, Azərbaycanın enerji ixracatına təsir edə bilər, çünki ölkə neft və qaz ixracatından asılıdır.
3.Azərbaycan, həm İsrail, həm də İran ilə diplomatik əlaqələrə malikdir. Toqquşmaların davam etməsi, Azərbaycanın bu iki ölkə ilə olan münasibətlərini balanslaşdırmasını çətinləşdirə bilər. Azərbaycan ikitərəfli əlaqələrini qorumaq üçün diplomatik səylərini artırmalı ola bilər.
4.Hərbi toqquşmalar nəticəsində bölgədə qaçqın axını baş verə bilər. Bu ssenaridə, Azərbaycan humanitar yardım və qaçqınların yerləşdirilməsi ilə bağlı problemlərlə üzləşə bilər.
Xəyal Bəşirovun sözlərinə görə, İran və İsrail arasında hərbi toqquşmaların potensial təsirləri mürəkkəb və çoxsahəlidir. Azərbaycan bu vəziyyətdən təsirlənməmək üçün strateji planlar hazırlamalı və regiondakı hadisələri diqqətlə izləməlidir.
Ellada Rəsul
Den.az