Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 illik fasilədən sonra aprelin 22-də İraqa rəsmi səfər edəcək.
“Den.az” xəbər verir ki, Türkiyə Prezidentinin Bağdad və Ərbildə İraq Prezidenti Əbdüllətif Camal Rəşid və bu ölkənin Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə keçirəcəyi görüşlərdə Yaxın Şərqdəki son hadisələr, təhlükəsizlik, ticarət əlaqələri kimi məsələlərinin müzakirəsi gözlənilir.
Müzakirə olunacaq əsas mövzular arasında terrorla mübarizə, İraqın su probleminin həlli, eləcə də Türkiyəyə təbii qaz və neft ixracı yer alır.
Eyni zamanda, Türkiyə İraqla terrora qarşı birgə əməliyyat mərkəzi yaratmağı planlaşdırır. Səfər zamanı bu mərkəzlə bağlı məsələlərin də müzakirəsi gözlənilir.
Səfər çərçivəsində İraqda biznes forumun keçirilməsi də nəzərdə tutulur. Tədbirdə Türkiyə ilə İraq arasında ticarətin həcminin artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Ərdoğan 12 illik fasilədən sonra İraqa gedir -FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.