ABŞ administrasiyası Alyaskada qaz və LNG layihələrinin inkişafını dəstəkləmək üçün Rusiya nüvə buzqıran gəmilərindən istifadəni müzakirə edib.
Denmedia.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, məlumatlar prezidentlər Donald Tramp və Vladimir Putin arasında sammit öncəsi mümkün sövdələşmələrlə bağlı Ağ Ev rəsmiləri arasında aparılan danışıqlara əsaslanır.
Lakin layihə nümayəndələri Rusiya buzqıranlarına konkret ehtiyac olmadığını bildiriblər.
Hələlik tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyib.