ABŞ rəsmiləri Venesuelaya zərbələrin endirildiyini təsdiqləyib.
Bu barədə Fox News kanalının müxbiri Lucas Tomlinson X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ rəsmiləri Fox News-a Amerika hərbçilərinin Venesuelaya zərbələr endirdiyini təsdiqləyiblər.
Daha əvvəl Venesuelanın paytaxtı Karakasda partlayışların baş verdiyi barədə məlumat yayılmışdı.

