ABŞ prezidenti Donald Tramp Venesuelanı yenidən koloniyaya çevirməyə çalışır.
TASS-ın verdiyi məlumata görə, Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Moncada bəyan edib.
“ABŞ prezidenti vaxtı 200 il geri çevirmək və Venesuelanı koloniyaya çevirmək istəyir”, — deyə Moncada bildirib.
Diplomatın sözlərinə görə, ABŞ faktiki olaraq bütün Karib hövzəsini anneksiya edir, Venesuelaya qarşı tətbiq olunan dəniz blokadası isə açıq-aşkar hərbi cinayətdir.
Qeyd olunur ki, Venesuela 1811-ci ildə İspaniyadan müstəqilliyini elan edib. Buna baxmayaraq, Vaşinqton sübuta əsaslanmadan Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı yetərincə mübarizə aparmamaqda ittiham edir.
Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində “Gerald R. Ford” aviadaşıyıcısının rəhbərliyi ilə zərbə qrupunu, atom sualtı qayığını və 16 mindən çox hərbçini yerləşdirib. Sentyabr ayından bəri ABŞ Silahlı Qüvvələri regionda ən azı 20 sürətli qayığı batırıb, nəticədə 80-dən çox insan həlak olub.
Amerika mediası dəfələrlə yazıb ki, ABŞ yaxın vaxtlarda Venesuelada narkokartellərə məxsus obyektlərə zərbələr endirə bilər.

