ABŞ-ın CBS News telekanalı xəbər verir ki, İranda etiraz aksiyaları zamanı 12 mindən çox insan həlak olmuş ola bilər.
“Ən azı 12 min, bəlkə də 20 minədək insan həyatını itirib”, — nəşrdə qeyd olunur.
Jurnalistlər bildirirlər ki, həlak olanlar və xəsarət alanlarla bağlı real rəqəmlər fərqli ola bilər. Məlumatların əldə edilməsi rabitəyə qoyulan məhdudiyyətlər səbəbindən çətindir.

