ABŞ Prezidenti Donald Tramp bildirib ki, gec-tez bütün ölkələr Sülh Şurasına qoşulacaq. Onun sözlərinə görə, bəzi dövlətlər hazırda “hiyləgər davranır”, lakin ABŞ-la “hiylə işləməz” və nəticədə onlar da Şuraya üzv olacaqlar.
Tramp Sülh Şurasını indiyədək yaradılmış ən əhəmiyyətli və ən nüfuzlu qurum adlandırıb. O vurğulayıb ki, Şurada “dünyanın ən böyük liderləri” təmsil olunur.
“Belə bir şey heç vaxt olmayıb, çünki burada ən böyük dünya liderləri var. Demək olar ki, hamı razılıq verib, hələ qoşulmayanlar da qoşulacaq. Bəziləri bir az hiylə edir, amma hamısı qoşulur. Bir neçəsi problem yaradır, onlarla da məşğul olacağıq. Bu, indiyədək yaradılmış ən nüfuzlu şuradır”, – deyə ABŞ prezidenti bildirib.

