Gürcüstanda yaşayan Rusiya vətəndaşları əmək fəaliyyəti ilə bağlı qaydaların sərtləşdirilməsi fonunda ölkəni tərk etmək ehtimalını müzakirə edirlər. Bu barədə RIA Novosti məlumat yayıb.
Tbilisidə fəaliyyət göstərən sahibkar, SMM-agentliyin rəhbəri Darıya Nazarova bildirib ki, onun tanışları artıq mümkün köç variantlarını dəyərləndirməyə başlayıblar.
Onun sözlərinə görə, yeni qanunvericilik dəyişiklikləri fonunda bəzi şəxslər kiçik bizneslərini bağlamaq və başqa ölkəyə köçmək qərarı verə bilər. Xüsusilə Gürcüstanda fərdi sahibkarlıq statusu ilə çalışaraq xarici sifarişçilərlə işləyən əcnəbilər arasında qeyri-müəyyənlik hökm sürür.

