ABŞ Prezidenti Donald Tramp İran hərbçilərini silahı yerə qoymağa çağırıb və bunun müqabilində onlara tam toxunulmazlıq vəd edib.
O, müraciətini Truth Social sosial şəbəkəsində yayımlayıb.
Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinə, silahlı qüvvələrə və polis əməkdaşlarına səslənərək bildirib:
“Bu gün sizə deyirəm ki, silahı yerə qoymalı və tam toxunulmazlıq almalısınız. Əks halda, həlak olacaqsınız.”
ABŞ Prezidenti eyni zamanda İran əhalisinə küçələrə çıxmamağı tövsiyə edib və “bombaların hər yerə düşəcəyini” qeyd edib. Bununla yanaşı, zərbələr başa çatdıqdan sonra xalqı ölkədə hakimiyyəti ələ almağa çağırıb.
“Biz işimizi bitirdikdən sonra hakimiyyəti ələ alın. O, sizin olacaq. Bu, böyük ehtimalla bir neçə nəsil üçün yeganə şansınız olacaq”, — deyə Tramp vurğulayıb.

