İran cavab zərbələri zamanı “Fəttah” hipersəs raketlərini işə saldığını açıqlayıb. Bu barədə dövlət teleradio şirkəti IRIB məlumat yayıb.
Məlumata görə, fevralın 28-də İsrail və ABŞ tərəfindən İrana qarşı genişmiqyaslı hərbi əməliyyat başladılıb.
“İrandan "Fəttah" hipersəs raketi buraxılıb”, — deyə məlumatda bildirilir.
Hazırda raketin hədəfi və nəticələri ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

