Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya Baş İdarəsi ölkənin hava məkanının tam bağlandığını elan edib.
Qurum bu qərarın uçuşların və ekipajların təhlükəsizliyini təmin etmək məqsədilə görülən fövqəladə ehtiyat tədbiri olduğunu bildirib.
Hava məkanının bağlanması regionda təhlükəsizlik sahəsində sürətlə dəyişən hadisələr fonunda ölkə ərazisinin və uçuşların qorunması üçün həyata keçirilən istisna tədbirdir.
Rəsmi açıqlamada vurğulanıb ki, qərar regional təhlükəsizlik vəziyyətində baş verən sürətli dəyişikliklər səbəbindən qəbul olunub. Səlahiyyətli qurumlar hazırda vəziyyəti yaxından izlədiklərini və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər.

