İranın ABŞ Prezidenti Donald Tramp üçün bir neçə “sürpriz” hazırladığı bildirilir. Bu barədə Tasnim agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, yaxın günlərdə baş verəcək hadisələrin müharibənin nəticəsini daha da aydın göstərəcəyi qeyd olunur.
“Trampın boş vədlərinə baxmayaraq, İran yaxın günlər üçün sürprizlər hazırlayıb və bu, müharibənin nəticəsini daha da aydın edəcək,” – deyə məlumatda bildirilir.
Agentliyin mənbəsi həmçinin ABŞ prezidentinə “telefonu və sosial şəbəkələri kənara qoymağı” və diqqətini səmaya və neft qiymətlərinə yönəltməyi tövsiyə edib.

