Fars körfəzində dünyanın 87 ölkəsinə məxsus yük gəmiləri Hörmüz boğazından keçidi gözləyir.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper bildirib.
Komandanlığın mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ gəmi sahiblərinə bu strateji su yolundan təhlükəsiz keçidi təmin etdiyini açıqlayıb.
Hazırda Fars körfəzində olan gəmilər dünyanın 87 ölkəsinin maraqlarını təmsil edir, deyə bəyanatda qeyd olunub.

