Böyük Britaniyanin ABŞ-nin İrana mümkün hərbi zərbəsinə qoşulması ehtimalı azdır. Bu barədə The Guardian nəşri yazır.
Məlumata görə, krallıq birbaşa hücumda iştirak etməsə də, Tehranın mümkün cavab addımı olacağı təqdirdə Fars körfəzi ölkələrinə dəstək göstərə bilər. Buna Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus Typhoon tipli qırıcıların Qətərə göndərilməsi işarə edir.
Nəşr qeyd edir ki,
“İrana ilk zərbə Böyük Britaniyanın beynəlxalq hüquqa dair şərhinə uyğun gəlməyə bilər. Lakin Qətərə və ya digər regional müttəfiqlərə özünümüdafiə məqsədilə yardım göstərilməsi zərurəti yaranarsa, britaniya hərbçiləri cəlb oluna bilər”.

