İranın ABŞ ilə dialoqu İsrail ordusunun Livana zərbələrinin dayandırılmasından asılıdır.
Bu barədə The Wall Street Journal mənbələrə istinadən yazır.
Məlumata görə, İran regional vasitəçilərə bildirib ki, İslamabadda amerikalı rəsmilərlə danışıqlarda iştirakı Livanda atəşkəsin təmin olunmasına bağlıdır.
“İran xəbərdarlıq edib ki, əgər bu şərt yerinə yetirilməsə, Hörmüz boğazının açılması ilə bağlı qərarını yenidən nəzərdən keçirə bilər”, — deyə materialda qeyd olunur.

