Vaşinqtonda baş verən silahlı insidentlə bağlı yeni detallar açıqlanıb. CNN-in məlumatına görə, ABŞ-ın ədliyyə naziri vəzifəsini icra edən Todd Blanche bildirib ki, şübhəli Koul Tomas Allen prezident Donald Trampın administrasiyasının nümayəndələrini hədəf seçmiş ola bilər.
“İlkin araşdırma göstərir ki, şübhəli məqsədli şəkildə administrasiya rəsmilərini hədəf alıb,” — deyə Blanche qeyd edib.
Onun sözlərinə görə, hücumun motivi hələ tam müəyyən edilməyib və istintaq davam edir. Şübhəlinin konkret olaraq kimi hədəf aldığı da dəqiqləşdirilməyib.
Məlumata əsasən, saxlanılan şəxs 27 aprel tarixində məhkəmə qarşısına çıxarılacaq.

