Trampın iştirak etdiyi tədbirdəki atışma şübhəlisi barədə yeni məlumatlar açıqlanıb. Los Angeles Times-ın məlumatına görə, şübhəli Koul Tomas Allan ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris ilə əlaqəli siyasi quruma ianə edib. Məlumata əsasən, o, 2024-cü ilin oktyabrında demokratlar üçün vəsait toplayan ActBlue komitəsinə 25 dollar köçürüb. Bildirilir ki, şübhəli həmçinin indie oyunların hazırlanması ilə məşğul olub. Xatırladaq ki, Allan daha əvvəl ifadəsində ABŞ prezidenti Donald Trampın administrasiyasının nümayəndələrinə hücum etmək niyyətində olduğunu etiraf edib. Hadisə Trampın iştirak etdiyi şam yeməyi zamanı baş verib, tədbirdə Ağ Evdə akkreditə olunmuş jurnalistlər də olub.
ABŞ-da atəş açan şəxs Trampın rəqibinin tərəfdarı imiş...
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

