İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən NPT çıxa bilər.
Bunu İranın ali liderinin hərbi müşaviri Möhsün Rəzayi bildirib.
Onun sözlərinə görə, əgər ABŞ Fars körfəzinə müdaxilə etsə və ya Hörmüz boğazına qarşı hər hansı təcavüzə yol versə, Tehran istənilən an dəniz blokadasını yara bilər. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
“İran Hörmüz boğazına qarşı istənilən təcavüzə və Fars körfəzinə müdaxiləyə sərt, ağrılı və misilsiz cavab verəcək, həmçinin ciddi cavab tədbirləri görəcək. Bu tədbirlərə dəniz blokadasının yarılması da daxildir. İran üçün strateji alternativlərdən biri NPT-dən çıxmaq imkanını nəzərdə tutur”, — deyə Möhsün Rəzayi bildirib.

