Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığında bildirib ki, Ukraynanın Rusiya ərazisində mülki infrastruktura zərbələr endirmək cəhdləri Kiyev üçün xüsusi hərbi əməliyyat zonasındakı kritik vəziyyəti dəyişməyəcək.
Danışığın təfərrüatlarını RİA Novosti-yə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
Uşakovun sözlərinə görə, Putin söhbət zamanı Ukrayna tərəfinin Rusiya ərazisində mülki obyektlərə hücum cəhdlərinin cəbhədəki vəziyyətə təsir etməyəcəyini bildirib.
Rusiya prezidentinin köməkçisi həmçinin qeyd edib ki, Avropa ölkələri və Ukrayna Prezidenti Volodimir Zelenski “Böyük yeddilik” sammitində vəziyyəti, onun ifadəsi ilə desək, “tam əksinə” təqdim etməyə çalışacaqlar.
Uşakov əlavə edib ki, sammitdə irəli sürüləcək bəzi təkliflər münaqişənin həllinə deyil, əksinə, onun uzadılmasına xidmət edə bilər.

