İran İsrailin Livana hücumlarına görə ABŞ-la danışıqlardan imtina edib. Bu barədə “Associated Press” agentliyi Tehranın mövqeyindən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, görüşün 19 iyunda İsveçrədə keçirilməsi planlaşdırılırdı.
Söhbət İran və ABŞ nümayəndələri arasında nüvə proqramı ilə bağlı məsləhətləşmələrdən gedirdi. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi danışıqların mümkün yeni tarixi barədə məlumat verməyib.

