ABŞ Prezidenti Donald Tramp Venesuelada baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlərdən sonra Truth Social hesabında açıqlama yayıb.
Tramp zəlzələləri “nəhəng miqyaslı” adlandırıb və ilkin məlumatların narahatlıq doğurduğunu bildirib. O, hadisə nəticəsində “ciddi sayda insan itkisi” olduğunu qeyd edib.
ABŞ-ın Venesuelaya yardım göstərməyə hazır olduğunu bildirən Tramp hökumətin bütün qurumlarına operativ şəkildə hərəkətə keçməyə hazır olmaq barədə göstəriş verdiyini açıqlayıb.
“ABŞ yardım etməyə hazırdır, bunu istəyir və buna qadirdir. Hökumətimizin bütün qurumlarına tez hərəkətə keçməyə hazır olmaları üçün tapşırıq vermişəm. Yeni və gözəl dostlarımızın yanında olacağıq. İlkin xəbərlər yaxşı deyil”, — deyə Tramp paylaşımında bildirib.
Məlumata görə, Venesuelada 39 saniyə fərqlə baş verən iki güclü zəlzələ paytaxt Karakas başda olmaqla bir sıra bölgələrdə ciddi dağıntılara səbəb olub.
ABŞ Geoloji Xidməti isə zəlzələlərdən sonra ilkin qiymətləndirməsində ölənlərin sayının 10 minlə 100 min arasında ola biləcəyini ehtimal edib. Qurum “yüksək insan itkisi və genişmiqyaslı dağıntıların mümkün olduğunu, fəlakətin miqyasının böyük olduğunu” bildirib.

