ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla bağlı vəziyyət başa çatdıqdan sonra Venesuelaya səfər edə, qısa müddətdə ispan dilini öyrənə və ölkədə prezident seçkilərində iştirak edə bilər. Bu barədə Ağ Evin mətbuat xidməti xəbər verir.
Onun sözlərinə görə, dilləri öyrənmək onun üçün asandır və bu proses çox vaxt aparmayacaq.
Tramp qeyd edib ki, bu addımı siyasi fəaliyyətinin yeni mərhələsi kimi qiymətləndirir. O, Venesuelada seçkilərdə iştirak etməyi real imkan hesab etdiyini vurğulayıb.

