ABŞ və İran arasında növbəti dolayı danışıqlar İranın keçmiş ali rəhbəri Əli Xameneinin vəfatı ilə bağlı matəm tədbirlərindən sonra keçiriləcək.
Bunu Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari “X” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, görüş ən qısa zamanda təşkil olunacaq.
“Növbəti görüş İranın keçmiş ali rəhbərinin vəfatı ilə əlaqədar matəm mərasimləri başa çatdıqdan sonra təyin ediləcək”, — deyə əl-Ənsari qeyd edib.

