Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev TikTok, LinkedIn və Dharana Digital şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.
Bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsində məlumat yayıb.
O bildirib ki, IV Şuşa Qlobal Media Forumu çərçivəsində TikTok-un Şərqi Avropa üzrə dövlət qurumları ilə əlaqələr və dövlət siyasəti rəhbəri Diana Rayan, LinkedIn-in dövlət və qeyri-kommersiya sektoru üzrə satış rəhbəri Şeymus Klensi, həmçinin Dharana Digital şirkətinin direktoru, süni intellekt və sosial media üzrə mütəxəssis doktor Karen Sazerlend ilə məhsuldar müzakirələr aparılıb.
Görüşlərdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, rəqəmsal idarəetmə və uşaqların internetdə müdafiəsinin gücləndirilməsinə yönəlmiş yeni qanunvericiliyin icrası müzakirə olunub.
Tərəflər bu sahədə ən yaxşı beynəlxalq təcrübələr ətrafında da fikir mübadiləsi aparıblar.

