Tehran ABŞ Prezidenti Donald Trampın atəşkəs təklifini qəbul etməyib. Təklif İrana İraqın baş naziri vasitəsilə çatdırılıb.
Bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran rəsmiləri müvəqqəti razılaşmada maraqlı olmadıqlarını bildiriblər. Onların fikrincə, belə bir razılaşma Hörmüz boğazına nəzarət məsələsini həll etmədən saxlayacaq.

