Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə üç fərqli atəşkəs variantı təklif edib.
Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
Onun sözlərinə görə, təkliflər bunlardır:
- hava məkanında atəşkəsin elan edilməsi;
- enerji obyektlərinə zərbələrin dayandırılması;
- cəbhə xətti boyunca döyüşlərin dondurulması.
Podolyak həmçinin bildirib ki, Zelenski sülh danışıqlarına başlamaq üçün Putinlə görüşməyə hazırdır.

