İspaniyanın hüquq-mühafizə orqanları Mərakeşdən Seutaya baş verən kütləvi qeyri-qanuni miqrant axını zamanı şəhərə keçmiş ola biləcək mümkün cihadçıları və cinayətkarları müəyyənləşdirməyə çalışırlar.
El Confidencial nəşri İspaniya Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən yazır ki, Mülki Qvardiya və Milli Polis əməkdaşları videogörüntüləri təhlil edir və şəhər küçələrində genişmiqyaslı yoxlamalar aparırlar.
Baş verən xaos səbəbindən son bir həftədə Seutaya neçə nəfərin daxil olduğu və neçə nəfərin şəhəri tərk etdiyi barədə dəqiq məlumat yoxdur.
Nəşrin ən real hesablamalarına görə, miqrantların təxminən 90 faizi yenidən Mərakeşə qayıdıb.
İyulun sonunda Seuta görünməmiş miqrant axını ilə üzləşib. Cəmi bir sutka ərzində şəhərə 60 minədək insanın keçdiyi bildirilir. Bu rəqəm Seutanın təxminən 85 min nəfərlik daimi əhalisinin 70 faizinə bərabərdir.
Yaranmış vəziyyətə cavab olaraq Madrid bölgəyə əlavə polis qüvvələri və hərbçilər göndərib.

