Vaşinqtonun İranla münaqişədə əsas məqsədi amerikalılar üçün neft və qazın ucuz qalmasını təmin etməkdir.
ABŞ vitse-prezidenti Cey Di Vens Fox News-a açıqlamasında bildirib ki, ikinci əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
“Birinci məqsəd ölkə üzrə amerikalılar üçün neft və qazın ucuz qalmasını təmin etməkdir. İkinci məqsəd isə, təbii ki, İranın heç vaxt nüvə silahı əldə etməməsinə zəmanət verməkdir”, – Vens deyib.

