ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton İranda hakimiyyət dəyişikliyi məqsədilə quru əməliyyatı keçirmək üçün Amerika qoşunları göndərmək niyyətində deyil.
O, bu barədə amerikalı komediyaçı və teleaparıcı Co Roqanın podkastında danışıb.
“Əgər İran xalqı ayağa qalxıb hökumətini dəyişmək istəsə, bu, onların işidir. Amma biz 150 min quru qoşunu göndərməyəcəyik. Əsgər göndərməyi təklif etməklə siz faktiki olaraq ABŞ Silahlı Qüvvələrinin İran xalqının yerinə işi görməli olduğunu deyirsiniz. Biz artıq bununla məşğul olmuruq”, – deyə Vens bildirib.
ABŞ vitse-prezidenti əlavə edib ki, Vaşinqton neft və qaz tədarükünün fasiləsizliyini təmin etmək, həmçinin diplomatik və hərbi vasitələrdən istifadə etməklə İranın nüvə silahı proqramına sahib olmasının qarşısını almaq niyyətindədir.

