The Jerusalem Post mənbələrə istinadən yazır ki, bu mövqeni həm İsrail Müdafiə Qüvvələrinin, həm də MOSSAD-ın nümayəndələri bölüşür.
Daha əvvəl israilli ekspertlər İrana endirilən zərbələrin Tehranın hərbi imkanlarını “illərlə geriyə atdığını” bildirirdilər. İndi isə həmin qiymətləndirmələrin səhv olduğu qəbul edilir.
Nəşrin məlumatına görə, İsrail Müdafiə Qüvvələri İranın bir çox sahədə, o cümlədən ballistik raket istehsalında gözlənilmədən sürətli bərpa prosesi apardığını bildirir.
Mövcud temp qorunarsa, İranın raket arsenalı bir ildən az müddətdə müharibədən əvvəlki səviyyəyə qayıda bilər.

