Keçmiş vəkil Elman Paşayevin oğlu Elvin Paşayev daşınmaz əmlakla bağlı dələduzluq işi üzrə cinayət işinin fiqurantına çevrilib. İş moskvalı şəxsin qətlindən sonra onun mənzilinin satılması ilə bağlıdır.
DenMedia.az-ın TASS-a istinadən verdiyi məlumata görə, qətl və xüsusilə külli miqdarda dələduzluq işi üzrə ümumilikdə səkkiz nəfər keçir. Onlardan biri təqsirini etiraf edib.
Mənzil sahibinin itkin düşməsi ilə bağlı cinayət işi 2025-ci il oktyabrın 22-də, onun daşınmaz əmlakına qanunsuz sahiblik hüququ əldə edilməsi faktı üzrə isə 2026-cı il yanvarın 30-da başlanıb.
İstintaq çərçivəsində öldürülən şəxsin meyitinin ekshumasiyası da həyata keçirilib.
İstintaq nəticəsində cinayətə səkkiz nəfərin ehtimal olunan əlaqəsi müəyyən edilib. Təqsirləndirilən şəxslərdən biri ev dustaqlığına buraxılıb, digərləri isə istintaq təcridxanasında saxlanılır.
Elman Paşayev daha əvvəl aktyor Mixail Yefremovun hüquqlarını müdafiə edib. Onun adı həmçinin bloqer Yelena Blinovskayanın həyat yoldaşı Aleksey Blinovskinin işi ilə bağlı da hallanıb.


