İran ABŞ-la müvəqqəti atəşkəs deyil, hərbi qarşıdurmanın tamamilə başa çatmasını istəyir.
Tasnim agentliyinin məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib.
Onun sözlərinə görə, bir sıra ölkələr İran və ABŞ arasında əlaqələrin qurulmasına kömək etməyi və vasitəçilik etməyi təklif edib.
“Onların hamısına cavabımız tamamilə aydın olub: biz atəşkəs istəmirik, müharibənin başa çatmasını istəyirik. Bizə 12 günlük müharibə lazım deyil. Həmin müharibə atəşkəslə başa çatdı, lakin bir neçə ay sonra yenidən təkrarlandı”, – deyə Araqçi bildirib.
İran rəsmisinin açıqlamasından görünür ki, Tehran qısamüddətli atəşkəs əvəzinə davamlı və tam müharibə sonu tələb edir.

