Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Finlandiya Prezidenti Aleksander Stubb-u rusofobiya, millətçilik və ksenofobiya təbliğ etməkdə ittiham edib.
Zaxarova bu barədə brifinq zamanı Stubb-un Ukraynanın Rusiya ərazisinin dərinliklərinə və “Wildberries” anbarlarına zərbələrini dəstəkləyən açıqlamalarını şərh edərkən danışıb.
Onun sözlərinə görə, Finlandiya prezidenti daha əvvəl də Rusiya ilə bağlı “düşmənçilik və aqressiv ritorika” ilə çıxış edib.
“Belə bəyanatlarla o, öz ölkəsini, millətini və xalqını alçaldır”, – Zaxarova bildirib.
Rusiya XİN nümayəndəsi həmçinin qeyd edib ki, Finlandiya vətəndaşlarının prezidentdən belə mövqe gözləmədiyini düşünür.
Denmedia.az

