Rusiyalı siyasətçi və Kremlin ideoloqlarından biri kimi tanınan Aleksandr Duqin yenidən Ukraynanın paytaxtı Kiyevin ələ keçirilməsindən danışıb.
Bu barədə Focus.ua yazıb.
Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən Duqin bu dəfə Rusiya ordusunun yaxın zamanda Kiyevi ələ keçirəcəyini iddia edib.
Ukrayna ərazilərinin Rusiya tərəfindən ələ keçirilməsi ilə bağlı vaxtaşırı bəyanatlar səsləndirən Duqin Telegram kanalında qısa paylaşım edərək Kiyevlə bağlı növbəti proqnozunu verib.
“Kiyev yaxın aylarda ələ keçiriləcək”, – Duqin qeyd edib.

