Filosof və politoloq Aleksandr Duqin ABŞ prezidenti Donald Trampın əldə etdiyi sülh razılaşmalarına skeptik yanaşaraq onu “gecə kəpənəyi kimi yüngül” adlandırıb. Denmedia.az xəbər verir ki, publisist Telegram kanalında yazıb ki, Trampın “sülh qərarları” uzunömürlü olmur.
“O, gecə kəpənəyi kimi yüngüldür. Hər şey anlıq memə çevrilir. Bu, nə dünya nizamıdır, nə də siyasət. Sadəcə postmodernist trolinqdir,” – deyə filosof qeyd edib.