İran ABŞ ilə razılaşma əldə olunacağı təqdirdə uranın zənginləşdirilməsi ilə bağlı mövqeyinə yenidən baxa bilər.
Bunu İran Prezidenti Məsud Pezeşkian Amerikanın “Fox News” telekanalına müsahibəsində bildirib.
İran lideri ölkəsinin beynəlxalq hüquq çərçivəsindən kənara çıxan heç bir tələb irəli sürmədiyini vurğulayıb.
Pezeşkiandan ABŞ ilə razılaşma əldə olunacağı təqdirdə Tehranın 60 faizədək zənginləşdirilmiş urandan imtina etməyə hazır olub-olmadığı soruşulub.
İran Prezidenti suala müsbət cavab verərək Tehranın beynəlxalq hüquq normalarına uyğun hərəkət edəcəyini bildirib.
“Bəli. Beynəlxalq hüquq çərçivəsində, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi əsasında bizdən tələb olunan bütün öhdəliklərə əməl edəcəyik. Qarşı tərəf də razı olarsa, bu prinsiplər əsasında razılaşma əldə etməyə çalışacağıq”, – deyə Pezeşkian qeyd edib.

