mar
2024
09:23
267

Fotoqraf və dostları ağır qəzada öldülər - Foto

4 mar, 2024
09:23
267

Fotoqraf və dostları ağır qəzada öldülər - Foto

Ötən gecə Göyçay rayonunda ağır yol qəzası baş verib.

“Den.az” xəbər verir ki, rayonun Müskürlü kəndi ərazisində “Kia” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırov və iki sərnişini - 1991-ci il təvəllüdlü Asif Gülməmmədovla Elçin Əsgərov hadisə yerində ölüblər. Daha bir sərnişin isə ağır xəsarət alıb.

Bildirilir ki, qəzaya düşən “Kia Sportage” markalı avtomobil “Rent a car”a məxsus olub və icarə əsasında Xəqani Bağırov tərəfindən idarə edilirmiş.

X.Bağırov Göyçayda tanınmış fotoqraf olub. Hadisənin onun dostları ilə birgə toydan çıxıb evə gedərkən baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar