13 
mar
2024
14:24
98

Binəqədidə "Toyota Prius"u QAÇIRDILAR

13 mar, 2024
14:24
98

Binəqədidə "Toyota Prius"u QAÇIRDILAR

Martın 12-si gecə saatlarında Binəqədi rayonu ərazisindən “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyindən Den.az-a verilən məlumata görə, görülmüş tədbirlərlə avtomobil həmin gün Nəsimi rayonu ərazisində tapılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd Ələkbərov “Mercedes” markalı digər avtomobili idarə edərkən saxlanılıb. 

Onun həmin avtomobili də Nərimanov rayonu ərazisindən qaçırması müəyyən olunub.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar