30 
mar
2024
11:37
84

Dünən 4 nəfərin meyiti tapılıb - VİDEO

30 mar, 2024
11:37
84

Dünən 4 nəfərin meyiti tapılıb - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 

Fövqəladə Hallar Nazirliyindən Den.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 yanğına çıxış, 1 nəqliyyat qəzası və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 
 
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 6-sı azyaşlı olmaqla 7 nəfər xilas edilib, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar