Göz qapaqlarında yaranan sarımtıl ləkələr ürək-damar xəstəlikləri riskinin yüksək olmasına işarə edə bilər.
Bu barədə oftalmoloq Yelena Barkeviç RT-yə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, ksantelazma adlanan sarımtıl piy yığıntıları adətən hər iki göz qapağında simmetrik şəkildə əmələ gəlir və zaman keçdikcə tədricən böyüyə bilər.
“Bu törəmələr ağrı vermir, göz qırpmağa mane olmur və görmə qabiliyyətinə təsir göstərmir. Lakin həkim üçün mühüm siqnaldır. Bəzən bu yolla xolesterin mübadiləsinin irsi pozğunluğu olan ailəvi hiperkolesterinemiya özünü büruzə verir”, – deyə mütəxəssis bildirib.

O qeyd edib ki, qan analizlərinin nəticələri normal olsa belə, göz qapaqlarında yaranan bu dəyişikliklər diqqətdən kənarda qalmamalıdır.
Həkim vurğulayıb ki, ksantelazmaların aradan qaldırılması yalnız mütəxəssis tərəfindən həyata keçirilməlidir.
Onun sözlərinə görə, kiçik ölçülü ksantelazmalar lazer vasitəsilə, daha dərin yerləşən törəmələr isə cərrahi üsulla götürülə bilər.

