Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonu ilə Mardin vilayətinin Mazıdağı rayonları arasındakı ərazidə baş verən və yaşayış məntəqələrinə yayılan yanğında ölənlərin sayı 15-ə yüksəlib.
Den.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mardin Vilayət Səhiyyə İdarəsinin məlumatına görə xəstəxanalarda müalicə alan 3 nəfər də dünyasını dəyişib.
Yanğın zamanı bədən xəsarətləri alan iki nəfərin isə müalicsi davam etdirilir.
Qeyd edək ki, iyun ayının 20-də saat 22.15 radələrində Diyarbəkirin Çinar rayonunun ərazisində baş verən yanğın daha sonra küləyin təsiri ilə çox geniş əraziyə yayılmışdı.
Diyarbəkirdə baş verən yanğında həlak olanların sayı 15-ə çatıb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.