23 
iyn
2023
11:16
248

Qubada yol-nəqliyyat hadisəsi baş verib,xəsarət alan var

23 iyn, 2023
11:16
248

Qubada yol-nəqliyyat hadisəsi baş verib,xəsarət alan var

Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

"Den.az"-ın Şimal bürosunun məlumatına görə, VAZ2106 və TOYOTA PRİUS markalı avtomobillərin toqquşması ilə baş verən yol-nəqliyyat hadisəsi şəhərin H.Əliyev prospektində baş verib. Hadisə nəticəsində Quba şəhər sakinləri, VAZ2106 markalı avtomobilin sərnişinləri 1979-cu il təvəllüdlü Ağayev Rövşən Fikrət oğlu Sol qabırğanın sınığı (ehtimal), bədənin müxtəlif sahələrində sıyrıqlar 1985-ci il təvəllüdlü Ağayarova Sevinc Telman qızı Travmatik şok, panik atak diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Zərərçəkmişlərə ilkin tibbi yardım göstərilib. 
Qeyd edək ki, TOYOTA PRİUS markalı avtomobilin sürücüsü Bakı şəhər sakinidir.
Faktla bağlı araşdırma aparılır.
Aydın Adıgözəlov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar