Sumqayıtda ata öz doğma oğlunu bıçaqlayıb.
Den.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Belə ki, ata Sərdar Muradov oğlu Şahmar Muradova iki bıçaq zərbəsi vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Hadisə şahidi, bıçaqlanan şəxsin nənəsi bildirib ki, hadisə qaynatanın gəlinə söyüş söyməsi və internet xəttinin kəsməsi üstündə baş verib. Sərdar Muradov gəlninə internətlə danışmasın deyə evdə olan internet xəttini kəsib . Daha sonra onu söyüb. Bunu eşidən oğlu Şahmar Muradov atası ilə mübahisə etməyə başlayıb. Elə hər şeydə bundan sonra baş verib.
Ata mətbəxt bıçağı ilə öz oğluna həyətdə iki bıçaq zərbəsi vurub. Gəlin isə bu hadisədən sonrə yaş yarımlıq övladını da götürərək evi tərk edib.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli Den.az-a bildirib ki, dekabrın 26-da saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1986-cı il təvəllüdlü Ş.Muradova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü S.Muradov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Xəstəxanadan verilən məlumata görə, yaranı dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır oldğunu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda ata öz oğlunu bu səbəbdən bıçaqlayıb: NƏNƏ DANIŞDI-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.